İqtisadi Siyasət Araşdırmaları Mərkəzi (EPRC) Azərbaycandan və Gürcüstandan olan vətəndaş cəmiyyəti və QHT seqtoru nümayəndələrini, “ACTION – Vətəndaş cəmiyyəti təşkilatları şəbəkəsini fəallaşdırmaq üçün” layihəsində iştirak etməyə dəvət edir.
Layihəni “İsveçrə İnkişaf və Əməkdaşlıq Agentliyi” dəstəkləyir.
„ACTION” layihəsinin məqsədi Gürcüstandan və Azərbaycandan olan QHT nümayəndələri, ictimai fəallar və araşdırma təşkilatları üçün uzunmüddətli əməkdaşlıq platforması yaratmaqdır. Bu platforma Gürcüstan və Azərbaycandan olan təşkilatların güclənməsinə və iştirakçıların məlumatlarının analizi, auditoriya üçün araşdırmaların nəticələrinin asan dildə çatdırlması və rəqəmsal medya münasibətləri kimi bacarıqlarının inkişaf etdirilməsinə təkan verəcək.
Məhs bu məqsədə nail olmaq üçün İqtisadi Siyasət Araşdırmaları Mərkəzi, iştirakçılara işgüzar görüşlərin təşkil edilməsini təklif edir. Bu görüşlər onlara məlumatların işlənməsi, məlumatların vizualizasiyası və araşdırma nəticələrinin effektli formada çatdırılması bacarıqları, məlumat alınması və mənbənin yoxlanılması metodları, müasir rəqəmsal vasitələrlə ictimaiyyətlə münasibət strategiyaları ilə tanış olacaqlar. İştirakçılar medya ilə necə münasibət qurmalı olduqlarını, ictimaiyyət üçün aydın anlaşılacaq mesajlar göndərilməsini və məlumatların vizualizasiyasını biləcəklər. Bu isə onlara təşkilatlar haqqında ictimaiyyətdə inamın və məhşurluğun artmasına kömək edəcək.
İşgüzar görüşləri gürcü medya və komunikasiya ekspertləri, analitik və aparıcı jurnalistər keçirəcəklər.
Layihə çərçivəsində iştirakçılar birgə nəşrlər üzərində işləyəcəklər, hazırlanan nəşrlər EPRC-nin rəsmi vebsəhifəsində yayımlanacaq. Nəşr müəllifləri honorarlar alacaqlar.
Layihənin final etapında, iştirakçıların Gürcüstandan olan QHT-lərdə bir həftəlik təcrübə keçmə imkanları olacaq.
Məhs bu məqsədə nail olmaq üçün İqtisadi Siyasət Araşdırmaları Mərkəzi Azərbaycandan olan QHT-lər üçün üzvlərin qəbulunu elan edir. Layihə çərçivəsində Tbilisi şəhərində üç günlük işgüzar görüş təşkil ediləcək.
Tbilisi şəhərində keçiriləcək işgüzar görüşün xərcləri (beynəlxalq səyahət, qida və yaşayış) layihə tərəfindən qarşılanacaq.
Layihədə iştirak etmək üçün:
Layihə 8 ay davam edəcək. Vebinar və işgüzar görüşlər hibrid rejimdə olacaq – onlayn sesialar bitdikdən sonra, Gürcustandan olan QHT-lərdə bir həftəlik təcrübə keçəcəksiniz.
Layihədə iştirak üçün:
Sənədlər ingilis dilində olmalıdır.
Sənədləri bu ünvana göndərin: [email protected] məktub göndərən zaman, ‘Subject’ hissəsində „Project ACTION” qeyd etməyi unutmayın, sənədlərin son qabul tarixi: 2022-ci il 20 yanvar.
Sənədlərin qəbulundan sonra, seçilən iştirakçılara elektron poçt vasitəsi ilə iştirakı təstiqləyən məktub və layihə ilə nəzərdə tutulan fəallıqlar barəsində ətraflı məlumat göndəriləcək.